DepoRadarDepoRadar

Təlimat

İlk dəfə açılış təlimatı

DepoRadar-ı kompüterinizdə birinci dəfə işə salarkən nə görəcəyiniz və nə etməli olduğunuz haqqında.

Windows xəbərdarlığı normaldır.

Windows yeni və tanımadığı bütün proqramlar üçün xəbərdarlıq pəncərəsi göstərə bilər. Bu, sadəcə Windowsun hələ programı tanımadığını göstərir.

1

Belə bir pəncərə görəcəksiniz

DepoRadar-ı ilk dəfə açanda Windows mavi rəngli bu pəncərəni göstərəcək:

Windows protected your PC

Microsoft Defender SmartScreen prevented an unrecognized app from starting. Running this app might put your PC at risk.

More info1

1Kiçik "More info" linkinə klikləyin.

2

Sonra "Run anyway" düyməsi görünəcək

"More info" sözünə kliklədikdən sonra yeni bir düymə əlavə olunur:

Windows protected your PC

Microsoft Defender SmartScreen prevented an unrecognized app from starting. Running this app might put your PC at risk.

App:DepoRadar.exePublisher:Unknown publisher
2

2"Run anyway" düyməsini basın — proqram açılacaq.

Tez-tez verilən suallar

İlk açılışla bağlı ən çox soruşulan suallar.

Niyə bu xəbərdarlıq göstərilir?
Windows bu xəbərdarlığı yeni proqramlar üçün avtomatik göstərir, çünki onları "tanımır". Bu, xəbərdarlıq Microsoft sertifikatının (sənədin) olmaması səbəbindən göstərilir. Microsoft sertifikatı almaq üçün böyük məbləğ ödənməli olduğundan kiçik şirkətlər çox vaxt buna pul xərcləmir.
Hər dəfə "Run anyway" basmalıyam?
Xeyr — yalnız bir dəfə. Bir dəfə "Run anyway" kliklədikdən sonra Windows həmin faylı "tanıyır" və bir daha xəbərdarlıq göstərmir. Sonrakı dəfələrdə proqram normal şəkildə açılır.
"Run anyway" düyməsi görünmür, nə edim?
Bu düyməni görmək üçün əvvəlcə kiçik "More info" linkinə klikləməlisiniz. Klikdən sonra "Run anyway" düyməsi avtomatik görünəcək.

Hələ də problem yaşayırsınız?

Bizimlə əlaqə saxlayın — sizə kömək edəcəyik.